Daha 63 sakin Laçına-YOLA SALINDI – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Etikxeber.az xəbər verir ki, noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə – 63 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib.

Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Etikxeber.az

Read Previous

İki övladı Vətənə əmanət qalan, nəşi 27 gündən sonra tapılan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMAZ HACIYEVİN ANIM GÜNÜ İLƏ BAĞLI MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Read Next

DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif olundu- SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir