Daha 7 yeni-YOLUXMA…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 51 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 813405 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib, aktiv xəstə sayı 222 nəfərdir.

Ölkədə son sutka ərzində 1740, hazırkı dövrədək isə 7337855 test aparılıb.

Etikxeber.az

Read Previous

ABŞ prezidenti İrana qarşı 43 illik sanksiyanın müddətini-UZATDI…

Read Next

Ali təhsilli peşəkar hərbçi, Mayor, 3 övladı Vətənə əmanət qalmış-GORANBOYLU ŞƏHİD ƏLÖVSƏT MƏMMƏDOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇDİ, ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir