“Daha 8 kəndin işğaldan azad edilməsi son olmayacaq, hələ davamı gələcək…Bizi Zəfər yürüşündən heç kim dayandıra bilməz, cünki biz haqq yolundayıq”-KAMİLƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNƏ VƏ AZƏRBAYCAN ORDUSUNA MİNNƏTDARLIQ ETDİ

Bu gün daha bir Qələbə, Zəfər xəbəri aldıq. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli və Xocavənd rayonlarının üst-üstə daha 8 kəndinin erməni işğalından azad olunduğunu bildirdi. Hər birimizin sevincinə növbəti sevinc qatdı. Bu, böyük, möhtəşəm hadisədir. Bu, düşmənə və onun havadarlarına vurulan növbəti sarsıdıcı zərbə, onlara verilən növbəti dərs, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yazdığı növbəti Zəfər tarixidir. Bu Qələbə, bu Zəfər, bu möhtəşəm an, hadisə münasibəti ilə bütün Azərbaycan xalqını, başda da ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi və onun sərkərdəlik, rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edir, Qələbə, Zəfər xəbərlərinin ardı, davamı gəlsin deyirəm.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Millət vəkili bildirib ki, çünki Azərbaycan dövləti, Azərbaycan Ordusu hər şeyə qadirdir.

“Bunu 2016-cı ilin Aprel döyüşlərində, bunu 2018-ci ilin Cünnüt əməliyyatında, bunu ilin İyul-Tovuz hadisələrində gördük, Azərbaycan dövləti, Azərbaycan Ordusu həmin tarixlərdə düşmənə hərb meydanında öz sözünü dedi, ona sarsıdıcı, öldürücü zərbələr verdi. Bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti və onun Ordusu ilə zarafat etmək olmaz, o, istənilən düşmənin və onun havadarlarının cavabını necə lazımdırsa, verməyə hazır və qadirdir.

Ancaq görünür ki, hələ də, yəni, ötən əsrin 90-ci illərinin əvvəllərində yaşananların “şirəsi” dişlərinin altında qalanlar, işğalçı ermənilər, faşist, nasit Ermənistan və onları Azərbaycana qarşı qaldıranlar, körükləyənlər, bulanıq suda balıq tutmağa çalışanlar bundan nəticə çıxarmadı, onlara dərs, ibrət olmadı. Və sentyabrın 27-də yenidən qanlı, fitnəkar təxribata əl atıldı, dərhal da Azərbaycan dövləti və Ordusu tərəfindən layiqli cavab verildi. Ən əsası sentyabrın 27-dən ikinci Qarabağ savaşına, ikinci Vətən müharibəsinə başlanıldı, ötən 17 gündə də Zəfər dalınca Zəfər, Qələbə ardınca Qələbə yazıldı.

Suqovuşan, Talış, Murov zirvəsi, Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Füzulinin, Cəbrayılın, Xocavəndinin neçə-neçə kəndi, yaşayış məntəqəsi, strateji yüksəkliyi işğaldan azad olundu, müzəffər Ordumuz tərəfindən nəzarətə götürüldü. Ancaq bugünkü-növbəti Qələbə, Zəfər xəbəri də bunun son olmadığını və olmayacağını göstərir, göstərdi. Qarabağımızın, işğal altında olan yurd yerlərimizin son qarışı belə, işğaldan azad edilməyənədək bu Zəfər, Qələbə yürüşü dayanmayacaq, dayandırılmayacaq. Bu yolda da bizə kimsə mane ola bilməyəcək.

Ali Baş Komandanımızın da “Haber Türk”-ə tarixi, möhtəşəm, hər kəsə dərs, ibrət olacaq müsahibəsində deyildiyi kimi, bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Səhər saatlarından Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur…Növbəti əməliyyat-taktiki ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb…”-MÜDAFİƏ NAZİRLİYİ DÖYÜŞ TƏYYARƏMİZİN VURULMASINI TƏKZİB ETDİ, DÜŞMƏNİN DAHA BİR PUASI MƏHV EDİLDİ – FOTO -YENİLƏNİB – (5)

Read Next

“Biz buna əminik və birmənalı olaraq Ali Baş Komandanın bunu edəcəyinə inanırıq…Qarabağ bizimdir, bizim olacaq!”-ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir