Daha 892 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib, aktiv xəstə sayı 15 378 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 946, ötən müddət ərzində isə ümumilikdə 3 337 931 test aparılıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev Şəhid məzarlarını və babasının məzarını-ZİYARƏT ETDİ – FOTOLAR

Read Next

“Elə yerindəcə məhv edəcəyik…”-Prezidentin Azərbaycan Televiziyasına – MÜSAHİBƏSİ – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir