Daha 963 yeni yoluxma-DAHA 17 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib, aktiv xəstə sayı 21289 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, ötən müddət ərzində isə ümumilikdə 3 279 163 test aparılıb.

Etikxeber.az

Read Previous

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə-XƏBƏRDARLIQ ETDİ

Read Next

Baş Prokurorluqdan Səbail icra başçısının birinci müavini Xalidə Bayramovaya-XƏBƏRDARLIQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir