Daha 99 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 302 nəfər müalicə olunaraq sağalıb, 9 641 nəfər vəfat edib, aktiv xəstə sayı 1 233 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 677, ötən müddət ərzində isə ümumilikdə 6 651 787 test aparılıb.

Etikxeber.az

Read Previous

Şahin Seyidzadənin deputat səlahiyyətinə-XİTAM VERİLDİ

Read Next

Ərdoğanla Putin arasında növbəti-TELEFON DANIŞIĞI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir