Daha bir 35 yaşlı şəxs – BAŞ NAZİR OLDU – UKRAYNADA

Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin Baş Naziri vəzifəsinə seçilib.

Etikxeber.az xəbər verir ki, o, bu vəzifəyə yeganə namizəd olub. Aleksey Qonçaruk səsvermədən öncə çıxış edərək yüksək etimada görə, Prezidentə və Ali Rada deputatlarına təşəkkürünü bildirib.

Qeyd edib ki, ölkə iqtisadiyyatını gücləndirmək üçün, ilk növbədə, korrupsiya halları aradan qaldırılmalıdır. Ukraynada iqtisadi islahatların aparılacağını vurğulayan A.Qonçaruk bank və kredit siyasətindən, sahibkarlığın inkişafından, makroiqtisadi göstəricilərin artırılmasından danışıb. Sonra deputatların suallarını cavablandırıb.

Daha sonra səsvermə keçirilib və Aleksey Qonçaruk böyük səs çoxluğu ilə yeni Baş Nazir seçilib.

Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna Prezidentinin aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.

Xatırladaq ki, Ukrayna qanunvericiliyinə görə, Ali Radanın ilk iclasında əvvəlki kabinet istefaya göndərilib və onun səlahiyyətlərinə xitam verilib.

Etikxeber.az

Read Previous

“Övladımıza görə nəyisə udmalı olmuşuq…” – ELÇİN ƏLİBƏYLİDƏN ARD-ARDA ÜZRXAHLIQ

Read Next

“PSJ”, “Real”, “Brügge”, “Qalatasaray” – ÇEMPİONLAR LİQASININ QRUP MƏRHƏLƏSİ BAŞLAYIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir