Daha bir Azərbaycan, daha bir İlham Əliyev nümunəsi-MƏLAHƏT İBRAHİMQIZI YAZIR

Bugünlərdə ölkə Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində iştirakı zamanı olan çıxışı bir daha hər bir birimizrə sonsuz iftixar hissi yaratdı.

Bildiyiniz kimi, bu tədbirdə Azərbaycan Prezidenti həm də mötəbər bir beynəlxalq təşkilatın, Qoşulmama Hərəkatının (QH) sədri kimi çıxış edirdi.

Qeyd etdiyimiz kimi, tədbirin mövzusu yenə də COVİD-19 pandemiyasına həsr edilmişdi.

Ümumiyyətlə, qeyd etməliyik ki, koronavirus pandemiyasının başladığı ilk gündən möhtərəm Prezidentimiz bu qlobal təhlükə ilə mübarizədə istər yerli, istər bölgə və istərsə də beynəlxalq səviyyədə gördükləri işlər və səyləri beynəlxalq aləm, eləcə də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilmişdir.

Dünyanın inkişaf etmiş, insan haqqları, humanizm və demokratik dəyərləri, öz maraqları üçün alətə çevirmiş dövlətlərin pandemiyanın ilk günündən əsl mahiyyətləri məlum oldu. Lakin möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə pandemiyanın ən gərgin və qorxunc mərhələsində, hətta Vətən müharibəsi zamanı həm xalqımızı, hər bir vəyəndaşın sağlamlığını və həyatının qorunmasında ən mükəmməl tədbirlər planı həyata keçirildi.

Bunun nəticəsidir ki, ÜST-nın eləcə də müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə görülən işlər yüksək qiymətləndirildi. Bununla bərabər cənab İlham Əliyevin səyləri və humanizmi sayəsində 40 yaxın ölkəyə humanitar yardım edilməklə bərabər qlobal səviyyədə bir sıra beynəlxalq təşkilatlarda çox önəmli təşəbbüslər irəli sürməklə bəşəriyyətin qorunmasında zəruri töhfələr verdi. Bu tədbirdə də möhtərəm Prezidentimiz öz çıxışında pandemiyanın başladığı ilk gündən bugünədək ötən dövrü çox dəqiqliklə təhlil edərək beynəlxalq təşkilatların, xüsusilə də, BMT-nın aparıcı rolu vurğuladı.

O ötən dövrdə pandemiya ilə mübarizədə baş vermiş nöqsanlara, imkişaf etmiş dövlətlərin, zəif və geridə qalmış ölkələrin xalqlarına qarşı göstərdikləri laqeydliyə və biganəliyə işarə edərək COVID-19 ilə qlobal mübarizə BMT-nin nəzarət altında saxlanılmasının və yayılmasının qarşısının alınmasının eləcə də ayrı-ayrı dövlətlərə dəstəyin verilməsində BMT-nin əlaqələndirici rolunun əvəzedilməz olduğunu qeyd etdi. Bütün dünya ölkələrini öz çətiri altında birləşdirən BMT sisteminin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının fundamental rolunun olduğunu vurğuladı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hazırda sədirlik etdiyi Qoşulmama Hərəkatı adından çıxış edərək təşkilatın müxtəlif sahələrdəki uğurlu təşəbbüsləri haqqında məlumatı tədbir iştirakçılarına çatdırdı. O çıxışönda pandemiyanın başladığı ilk gündən QH-ın multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin mütərəqqi səylərini yüksək səviyyədə səfərbər edə bilməsi, bu qlobal təhlükə ilə mübarizədə, onun ağır nəticələrinin aradan qaldırılmasında bir sıra uğurlu təşəbbüslər irəli sürmülməsi haqqında da məlumatları qeyd etdi.

Qürur hissi ilə deyə bilərik ki, məhz möhtərəm Prezidentimizin təşəbbüsü və liderliyi ilə 2020-ci ilin dekabrında Qoşulmama Hərəkatına üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr irəli sürülmüşdür. Cənab İlham Əliyev yüksək səviyyədə analitik təhlil xarakterli çıxışında peyvəndlərin ədalətsiz bölgüsü, qlobal təhlükə olan COVID-19 pandemiyasına qlobal yanaşma tələb etdiyinin zəruriliyini vurğulamışdır.

Prezidentimiz pandemiya dövründə dünyada baş verən neqativ halları çəkinmədən tənqid esərək, az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olmasının qəbul edilməz olduğunu bir daha səsləndirərək,zəruri işlərin görülməli olduğunu bildirdi. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmaq kimi problemlərə də cənab İlham Əliyevin çıxışında xüsusi yer verilmişdi. Möhtərəm Prezidentimiz bütün bu nöqsanları çıxışında dünya birliyi tərəfindən qəbul edilmiş və üz ölkələr üçün gələcək yol xəritəsi olan Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsində çox ciddi maneə adlandırmışdır.

Sözsüz ki, İlham Əliyev bu mötəbər tədbirdəki çıxışında ölkəmizdə bu sahədə görülən işlər haqqında ətraflı məlumat verdi. Bununla bərabər, o, Azərbaycanın COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışladığını və bütün dövlətlərin buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq etməsini bildirdi. Bu baxımdan, Azərbaycanın bütün ölkələr üçün COVİ-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, iniversal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAC Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyatı konstruktiv təşəbbüsləri yüksək qiymətləndirdiyini və dəstəklədiyini bildirdi.

Ümumiyyətlə, möhtərəm Prezidentimiz BMT Baş Assambleyasının bu son tədbirindəki çıxışında çox önəmli problemlərə toxunmaqla bərabər çox faydalı təkliflər də irəli sürdü.

Çıxışında “Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Fürsətdən istifadə edərək, həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığımı bildirirəm”-deyən dövlət başçımız bildirdi ki, indi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində işləyirik.

Biz, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq.

Bundan sonra da təşəbbüslərimizin dəstəklənəcəyinə ümid edirik.

Bu baxımdan hesab edirik ki, bütün bu təklif və təşəbbüslər BMT Baş Assambleyasının yekun sənədində öz əksini tapacaq.

Bəli, Azərbaycan bu günə qədər bir çox məsələlərdə nümunə olduğu kimi, koronavirus pandemiyasına qarşı mübarizədə də nümunə olmağı bacardı.

Bu günə qədər bir çox məsələlərin həllinə öz əhəmiyyətli töhfələrini verdiyi kimi, COVİD-19-la mübarizəyə də öz əməli addımları, öz töhfələri ilə cavab verdi.

Təbii ki, bütün bunların müəllifi və memarı da möhtərəm Prezidentimizdir.

Onun uzaqgörən, müdrik, praqmatik siyasəti ilə koronavirus pandemiyasının qarşısının alınmasında, dünyanın bu bəladan qurtulmasında bundan da sonra önəmli adımlar atılacaq və biz birlikdə bu bəladan xilas ola biləcəyik.

Biz birlikdə güclüyük və birlikdə də bu bəladan xilas olacağıq!

Məlahət İBRAHİMQIZI,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Kiyev Moskva ilə danışıqlarda hələ də istənilən nəticəni əldə etməyib”-ZELENSKİ

Read Next

Rusiyanın hücumu nəticəsində Ukraynalı qaçqınların sayı-400 MİNİ KEÇDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir