Daha bir azərbaycanlı AŞPA-nın məruzəçisi təyin edildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Vüsal Hüseynovun məruzəçisi olduğu “İşgəncə və ölüm cəzasının icrası üçün istifadə edilən vasitələrin (alətlər, avadanlıqlar və sair) ticarətinə qarşı beynəlxalq qaydaların (tənzimetmənin) gücləndirilməsi” üzrə hesabatı qəbul edilib.

Etikxeber.az xəbər verir ki, məruzə AŞPA-nın yanvar sessiyasında plenar iclasda müzakirə ediləcək.

Vüsal Hüseynov, həmçinin komitə tərəfindən AŞPA-nın “İnsan hüquqları və biznes” mövzusunda yeni məruzəsi üzrə məruzəçi təyin edilib.

Etikxeber.az

Read Previous

Əliyev İƏT-in Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə getdi- FOTO

Read Next

Abbas Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir