Daha bir “Bakı”mız olacaq – BU DƏFƏ MASALLIDA – FOTO(LAR)

Məlum olduğu kimi, bir müddət öncə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Azərbaycanın Cənub bölgəsinə gedən magistral (pullu-ödənişli) yolun rəsmi açılışı olub.

Qeyd edək ki, adıçəkilən yolun tikintisi mərhələlərlə bir neçə ilə (2006-cı ildən 2018-ci ilin sentyabrına kimi) başa gəlib və yeni yolun istfadəsi Cənub zonası sakinlərini böyük əzab-əziyyətdən qurtarıb.

Belə ki, uzun illər ərzində Cənub zonasından Bakı istiqamətinə gələn (eləcə də, əksinə gedən) magistral yol ara-sıra təmir olunmasına baxmayaraq, böyük çala-çuxurlardan, yamaqlardan ibarət olub və gediş-gəlişi xeyli çətinləşdirib.

Son illər ölkədə baş verən ən ağır avtoqəzalar da məhz bu yolda baş verib, bu yolun “payı”na düşüb.

Və nəhayət, bu ilin sentyabr ayının 18-də yeni magistral yolun açılışı ilə bölgə sakinlərinin, eləcə də, həmin istiqamətə müxtəlif məqsədlərlə gedən insanların narahatlığına, əzab-əziyyətinə son qoyulub.

Bu yerdə xatırladaq ki, əvvəllər mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr olubsa, indi yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir.

Həmçinin, yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Onu da qeyd edək ki, həmin yolda ödənişli gediş-gəlişə ilin sonlarından başlanılacağı bildirilir.

Hər kilometr üçün də sürücülər, avtomobil sahibləri 4 qəpik ödəməli olacaqlar.

Bu günlərdə isə Etikxeber.az-ın ( həmçinin, Oxu.Az-ın və “525”-in)  Masallıda olan müxbiri maraqlı bir məqamın şahidi olub.

Belə ki, yeni və müsair yolun çəkilməsi və istifadəyə verilməsinə görə, masallılar necə deyərlər, “borclu qalmaq” istəməyiblər.

Rayon İcra Hakimiyyətinin, xüsusilə, icra başçısı Rafil Hüseynovun təşəbbüsü və yerli sakinlərin dəstəyilə yeni magistral yola birləşən köhnə Masallı-Lənkəran yolu (alternativ yol) bərpa edilməyə başlanılıb və həmin yolun  Bakı prospekti adlandırılması qərara alınıb.

masallıda bakı prospekti

Hazırda da Bakı prospektində aparılan yenidənqurma və bərpa işləri başa çatmaq üzrədir.

İcra Hakimiyyətinin işçiləri də, yerli sakinlər də yolun məhz Bakının ismi ilə adlandırılmasından qürur duyduqlarını, xüsusilə,  bu məsələdə bir ilkə imza atmalarından fəxr etdiklərini bildiriblər və əlavə ediblər ki, Bakı bütövlükdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin şərəf tarixdir.

Yeri gəlmişkən, sentyabrın 18-də ölkə başçısının Masallıya səfəri zamanı əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışı olub.

masall-yol

rafilll

Yolun yenidən qurulması isə ölkə prezidentinin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.

Ötən illər (2011-2018-ci illər) ərzində ümumilikdə Masallıda117 km yol yenidən qurulub və əsaslı şəkildə təmir olunub.

Bunların da 75 km-i dövlət büdcəsindən ayrılmış vəsait (xüsusilə, ölkə başçısının sərəncamı ilə ayrılmış vəsaitlər hesabına), 42 km-i isə yerli (daxili) imkanlar hesabına təmir olunub, yenidən qurulub.

elmira-2

Masallı rayonunu parlamentdə təmsil edən millət vəkili, Xalq yazıçısı Elmira Axundova da həm Bakı prospektinin salınmasının, həm Cənub zonasına gedən yolun istifadəyə verilməsinin, həm də Masalıda yolların təmir və bəpasının çox mühüm addımlar və bu məsələlərin həllində ölkə prezidentinin müstəsna xidmətləri olduğunu vurğulayıb.

O, qeyd edib ki, həm Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, həm 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi və istifadəsi bu bölgənin insanlarının rahatlığının təmin edilməsi, gediş-gəlişin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin və ölkə prezidentinin növbəti töhfələrindəndir:

“Biz bunlara görə Azərbaycan dövlətinə və cənab prezidentə öz dərin minnətdarlğımızı bildiririk. Eyni zamanda, təmsilçisi olduğum Masallıda Bakı adlı prospektin salınması, daha doğrusu, Masallı-Lənkəran yolunun bir hissəsinin doğma paytaxtımızın ismi ilə adlandırılması çox sevindirici və  qürurvericidir. Masallıda yolların müasir standartlara uyğun şəkildə qurulması, kənd, qəsəbə yollarının yenidən salınması insanlarımız, yerli sakinlər tərəfindən çox yüksək şəkildə qiymətləndirilir. Çünki, bu, ilk növbdə onların özlərinin rahatlğının təmin edilməsi deməkdir və bu işdə Masallı rayon rəhbərliyinin, icra başçısının da əməyi, zəhməti təqdirəlayiqdir”.

 Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

 

Read Previous

Prezident jurnalistin sağlıq durumu ilə bağlı göstəriş verdi

Read Next

İdmançımız ağırlıqqaldırma üzrə Olimpiya Oyunlarının gümüş medalını qazandı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir