Daha bir dəhşətli avtomobil qəzası – NEFTÇALADA – ÖLƏNLƏRİN SAYI 4-Ə ÇATDI – YENİLƏNİB

Neftçala rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Etikxeber.az xəbər verir ki, yol qəzası rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

“Mercedes” və “Lexus” markalı minik avtomobilləri toqquşub, nəticədə “Lexus” markalı avtomobildə olan Bakı şəhər sakinləri, 1961-ci il təvəllüdlü Xanlar Ayaz oğlu Xankişiyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Mərviyyə Qurban qızı Səmədova, “Mercedes” markalı avtomobildə olan Neftçala rayon sakini, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində ölüblər.

“Mercedes”in sürücüsü 35 yaşlı Xolqaraqaşlı kənd sakini Habil Əbülfət oğlu Həşimov və daha 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. H.Həşimovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri də dünyasını dəyişib.

APA-nın məlumatına görə, qəzaya uğramış “Mercedes” markalı avtomobilin sürücüsü 35 yaşlı Xolqaraqaşlı kənd sakini Habil Əbülfət oğlu Həşimov həkimlərin tibbi yardımlarına baxmyaraq, xəstəxanada keçinib.

Buna qədər onun vəziyyətinin ağır olduğu deyilirdi.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Etikxeber.az

Read Previous

“Mövqe bildirmək hər kişinin işi deyil!” – KEÇMİŞ DEPUTATDAN SABİQ NAZİRLƏRƏ SƏRT SÖZLƏR

Read Next

“Rəsmi Kiyevin strategiyasından biz də yararlanmalıyıq…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir