Daha bir erməni yalanının və təxribatının qarşısı alındı…

Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında Ermənistan parlamentinin sədri Ararat Mirzoyan çıxış edərək beynəlxalq hüququnun prinsiplərindən söz açaraq, bütün dövlətləri Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində əks olunmuş müddəalara hörmətlə yanaşılmasına çağırıb, əsassız səbəblər gətirməklə Türkiyənin bu günlərdə terrorçulara qarşı həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının dayandırılmasını tələb etmək üçün parlamentarilərə müraciət edib.

Etikxeber.az xəbər verir ki, bir qədər sonra tədbirdə söz almış Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Kamran Bayramov Ermənistanın parlament sədrinin çıxışına münasibət bildirərək, Ermənistanın beynəlxalq hüququ və onun universal prinsiplərinin ən kobud şəkildə pozan dövlət olduğunu, Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən 25 ildən artıq müddət ərzində icra olunmadığını qeyd edib.

A.Mirzoyanın BMT-nin Nizamnaməsinə hörmətlə yanaşılması çağırışına gəldikdə isə, deputatımız Ermənistanın parlament sədrinə Nizamnamənin 25-ci bəndində təşkilatın üzvlərinin Təhlükəsizlik Şurasının qərarlarına tabe olması və onların yerinə yetirilməsi öhdəliyinin nəzərdə tutulduğunu xatırladıb və ona bu çağırışın, ilk növbədə, öz ölkəsinə ünvanlanmasını tövsiyə edib.

Eyni zamanda K. Bayramov bildirib ki, Ermənistanın baş nazirinin bir müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı verdiyi əsassız bəyanatlar bu işğalçı dövlətin beynəlxalq hüquqa məhəl qoymadığını, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrin ümumiyyətlə qəbul etmədiyini göstərir.

Etikxeber.az

Read Previous

Milli Məclisin nümayəndə heyəti Serbiyada dünya parlamentarilərinə müraciət etdi…

Read Next

“Türkiyədəki Zirvə Görüşündə Koreya əgər müşahidəçi qismində iştirak edərsə…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir