Bəkir Orucov həbs olundu-QANLI “TƏRTƏR İŞİ” İLƏ BAĞLI – YENİLƏNİB – (1)

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Etikxeber.az xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub (APA).

***

Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia olunur.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

***

Bəkir Orucovun nədə təqsirli bilindiyi məlum olub.

Bəkir Orucov “Tərtər işi” ilə bağlı təqsirləndirilən şəxs qismində həbs olunub.

O, Cinayət Məcəlləsinin 341.2.3 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) və digər maddələri üzrə ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Generalın həbsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə-MÜSAHİBƏ VERDİ – YENİLƏNƏCƏK

Read Next

Şəhid Anası Zərqələm Ana VƏ YA BƏXT ÜZÜNƏ GÜLMƏYƏN ANANIN ACI, KƏDƏRLİ HƏYAT HEKAYƏSİ…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir