Daha bir hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində-HƏLAK OLDU

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.

Etikxeber.az-ın xəbərinə görə, daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, İkinci Vətən Müharibəsi iştirakçısı, Antiterror Şəhidi-SABAH 23 YAŞI TAMAM, CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ OLAN VÜSAL ŞƏHRİYAROV…

Read Next

Ailənin üç övladından biri, iki bacının tək və subay qardaşı-BEYLƏQANLI ŞƏHİD MƏHƏMMƏD ƏLİYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir