Daha bir həftə, daha üç Hadisə, daha üç Tarix! Sayca 36-cı Əfv Sərəncamı, humanizmin Zirvəsi!-JALƏ ƏLİYEVANIN ÖTƏN HƏFTƏYƏ BAXIŞI – (BİRİNCİ YAZI)

Hər bir günümüz, hər bir həftəmiz tarixi, yaddaşlara həkk olunacaq hadisələrlə doludur.

Hər gün, hər həftə demək olar ki, Tarix, Zəfər yazılır.

Zəfər üstünə Zəfər, Qələbə üstünə Qələbə gəlir, əlavə olunur.

Yaradan da, yazan da, yazdıran da yenə də Azərbaycan dövləti, yenə də onun Qalib, Müzəffər Ali Baş Komandanıdır!

Bəli, ötən 10 günümüz, son bir həftəmiz də xalqımız, millətimiz, dövlətimiz üçün tarixi, əlamətdar hadisələrlə zəngin, bol oldu.

Hər biri haqqında da ayrıca danışmaq, qeyd etmək lazımdır.

Və beləliklə…

Birinci hadisə-NÖVBƏTİ ƏFV SƏRƏNCAMI, SEVİNCLƏRƏ SEVİNC QATILMASI

Ötən həftənin ən yaddaqalan, ən əlamətdar hadisələrindən biri təbii və heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti Əfv Sərəncamının imzalanmasıdır.

Bu, Ali Baş Komandanın imzasını atdığı-sayca 36-cı Sərəncamıdır.

Bu Sərəncamla üst-üstə məhbusluq, məhkumluq həyatını yaşayan 625 insanımız, vətəndaşımız əfv olundu, bağışlanıldı, onlara cəmiyyətə yenidən inteqrasiya olunmaları ikinci bir fürsət, şans tanındı.

Ümumiyyətlə, daim fəaliyyətində humanizm, ədalət prinsiplərini rəhbər tutan Ulu Öndərimiz Heydər Əliyevin ikinci hakimiyyətə qayıdışından və 2003-cü ilin payızında onun kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu və ya digər cinayət əməllərinə yol vermiş və öz əməllərindən səmimi şəkildə peşman olmuş insanlar bağışlanıldı, əfv edildi.

İstər amnistiya aktları, istərsə də əfv sərəncamları ilə onlarla, yüzlərlə, minlərlə insan azadlığı buraxıldı, ailələrinə qovuşdu, həm özlərinin, həm də ailələrinin sevinclərinə sevinc qatıldı.

Amnistiya aktları nəticəsində azadlığına qovuşanları sayı bəlkə də on minlərlə, yüz minlərlədir, sayca 36-cı Əfv Sərəncamı ilə bağşlanılan, əvf edilənlərin sayı isə aşağı-yuxarı 6 minə yaxındır.

Bu, minlərlə, on minlərlə ailənin, yüz minlərlə ölkə vətəndaşının sevinci, sevincinə sevinc qatılması deməkdir.

Bu, humanizmin, ədalətin, humanistliyin ən zirvə nöqtəsidir.

Əfv etmək, bağışlamaq da hər kəsə nəsib və xas olan yüksək keyfiyyətlər, ali dəyərlər deyil.

Bu, son dərəcədə müdrik, humanist, adil və aqil insanlara, dövlət adamlarına, Liderlərə xas olan xüsusiyyətlər, keyfiyyətlərdir.

Yalnız Heydər Əliyev kimi, İlham Əliyev kimi, Mehriban Əliyeva kimi insanlar, dövlət və siyasət adamları bu dəyərlərin, bu heyfiyyətlərin daşıyıcıları ola bilər.

Bəli, məhz onların humanistliyi, ədalətliliyi, insanpərvərliyi, xeyirxahlığı sayəsində minlər, on minlər, yüz minlər öz azadlığına, ailəsinə qoşuşub, qovuşdurulub.

Bəli, Novruz bayramı günlərində növbəti Əfv Sərəncamını imzalamaqla ölkə Prezidenti bir daha özünəməxsusluğunu, böyüklüyünü, ucalığını, müdrikliyini nümayiş etdirdi, məhbus ailələlərin sevincinə, bayramlarına bayram qatdı.

Var olun, min yaşayın Uca könüllü Azərbaycan Prezidenti, Liderimiz cənab İlham Əliyev!

(Davamı var)

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

MM-in komitə sədri gənc ərəbşünası-QƏBUL ETDİ…-FOTO

Read Next

Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə-QAR YAĞACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir