Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Etikxeber.az-ın Unikal.org-a istinadən məlumatına görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
Əlavə məlumat veriləcək.
12:18, 26 aprel
***
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Etikxeber.az