Daha bir məzarsız Şəhid-30 il öncə 25 yaşında Vətən yolunda canını fəda edən-ZƏNGİLANLI İSMAYIL İSMAYILOVUN 55 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Sabah Birinci Qarabağ Savaşı Şəhidi-daha bir məzarsız Şəhidimiz İsmayıl Barat oğlu İsmayılovun doğum günüdür.

İsmayıl İsmayılovun sabah 55 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, İsmayıl İsmayılovun 55 yaşının tamam olması ilə bağlı bu gün Atatürk Mərkəzində tədbir keçirilib.

Saat 12:00-da başlayan və iki saata yaxın davam edən təbdir Şəhidin bacısı Lalə İsmayılovanın üzvü olduğu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən təşkil olunub.

Adıçəkilən Birliyin sədri, şairə Güllü Tomarlının aparıcılıq etdiyi tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar başlayıb.

Çıxışlarda Vətən müharibəsindən, İsmayıl İsmayılovun Qəhrəmanlığı və İgidliyindən, Vətən naminə fədakarlığından bəhs olunub.

Şəhidliyindən 30 il keçsə də, İsmayıl İsmayılov kimi oğulların, Vətən fədailərinin unudulmadığı və heç zaman unudulmayacağı dilə gətirilib.

Ailəsinə, əzizlərinə, doğmalarına bir daha Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki növbəti doğum günü təbrik olunub.

Tədbirdə həmçinin, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin ailə üzvləri də tədbrin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, media mənsubları və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, İsmayıl İsmayılov 1968-ci ilin 5 avqust tarixində Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində dünyaya gəlib.

Ailənin yeddi övladından biri olub.

1989-cu ildə Zəngilan rayon Milis Şöbəsinin post-partul xidmətinə qəbul olunub.

Elə həmin il göndərişlə Daxili İşlər Nazirlyinin Milis Məktəbində xüsusi hazırlq kursu keçib.

1989-1993-cü illərdə Ermənistanla həmsərhəd kəndlərin qorunması, dinc əhalinin müdafiəsi üçün təşkil olunan hərbi əməliyyatlarda iştirak edib.

Son döyüşü 1993-cü ilin oktyabrın 25-də Cəbrayıl rayonunun Dərzili (Qumlaq) kəndi istiqamətində olub.

Cəmi 25 yaşında Şəhidlik məqamına ucalan (itkin düşən) İsmayıl İsmayılov həm də subay olub.

Hər iki valideyni də illər öncə dünyasını dəyişib.

Məkanı cənnətlik, Cənnətdəki doğum günü, 55 yaşı mübarək olsun!

Nur içində yatsın!

14:30

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həm Bakılı, həm də Ağsulu İkinci Vətən Müharibəsi Şəhidi-ELŞƏN MÜSLÜMOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “HƏR İKİ DÜNYADA CƏNNƏT MƏLƏYİM” KİTABININ TƏQDİMAT MƏRASİMİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Kirayədə, şəraitsiz bir evdə anası tərəfindən təkbaşına, minbir çətinliklərlə böyüdülən, məktəbə gedən həmyaşıdlarına həsrətlə baxan və CƏMİ 19 YAŞINDA VƏTƏN YOLUNDA ŞƏHİD OLAN VƏTƏN SEVDALIMIZ-RƏSUL SADIQOV… XƏRÇƏNG XƏSTƏLİYİNDƏN ƏZİYYƏT ÇƏKƏN ŞƏHİD ANASI VƏ SAÇLARI TÖKÜLƏN ŞƏHİD QARDAŞINA KÖMƏK EDƏN OLACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir