Daha bir ölkə Aralıq dənizində təbii qaz axtaracaq

Misir ilə İtaliyanın “Eni” neft-qaz şirkəti arasında Misirin su sərhədlərində təbii qaz axtarışı üzrə müqavilə imzalanıb.

Etikxeber.az xəbər verir ki, müqaviləyə görə, 2017-ci ilin ilk rübündən etibarən Misir Aralıq dənizindəki su sərhədlərində təbii qaz axtaracaq.

Misirin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ölkəsinin İtaliyanın “Eni” neft-qaz şirkəti ilə Aralıq dənizindəki su sərhədlərində yerləşən “Zöhr” qaz yatağında kəşfiyyat üzrə müqavilə imzaladığını bildirib.

O, 2015-ci ilin avqustunda kəşf edilən və super-nəhəng qaz yatağı olan “Zöhr”də təxminən 30 trilyon kubfut (təxminən 2,7871 trilyon kubmetr) qaz ehtiyatı olduğunun təxmin edildiyini deyib.

Kəşfiyyat işlərinin 2017-ci ilin ilk rübündə başlayacağını bildirən nazir təbii qazla yanaşı, xam neft də hasil ediləcəyi təqdirdə bölgənin “əsrin quyusu” olacağına qeyd edib.

Etikxeber.az

Read Previous

On bankın qorunan əmanətçilərinə 721 milyon manatdan çox kompensasiya ödənildi

Read Next

Çempion klubdan “Qalatasaray”a 20 milyon avroluq təklif

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir