Daha bir ölkə Rusiya qazına görə rublla ödənişdən-İMTİNA ETDİ

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyi planlaşdırmır.

Etikxeber.az məlumat xəbər verir ki, bunu Avstriyanın Avropa və xarici işlər naziri Aleksandr Şallenberqer deyib.

“Bizim mövqeyimiz aydındır. Biz Rusiya ilə mövcud müqavilələrə sadiqik. Ancaq rublla ödəniş etmək niyyətimiz yoxdur”-deyən Şallenberqin fikrincə, neft embarqosu ölkələrə müxtəlif şəkildə təsir edəcək. Çünki onların hamısı Rusiya neftindən eyni dərəcədə asılı deyil.

Şallenberq eyni zamanda bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz qərarları ilə əks nəticələrə nail olub.

Nazir baş verən hadisələrin NATO-ya üzv ölkələri daha sıx birləşdirdiyi fikrindədir.

Etikxeber.az

Read Previous

Rusiya prezidenti Lavrova görə-BENNETDƏN ÜZR İSTƏDİ

Read Next

Ermənilər və Ermənistan üçün-SONUNCU ŞANS! – ELDAR İBRAHİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir