Daha bir partiya sədrinin-FƏZAİL AĞAMALININ NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Daha bir partiya sədri və millət vəkilinin deputatlığa namizədliyi qeydə alınıb.

Etikxeber.az-ın məlumatına görə, bu, millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdır.

Bu haqda məlumatı F.Ağamalının oğlu, AVP sədrinin müavini Elçin Ağamalı da təsdiqləyib.

Qeyd edib ki, F. Ağamalının namizədliyi 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyası (DSK) tərəfindən təsdiqlənib.

Qeyd edək ki, F. Ağamalı 6-cı dəfədir seçkilərə qatılır.

O, 5 dəfə Milli Məclisin (MM) üzvü seçilib, yəni, 1995-ci ildən bugünədək parlamentdə təmsil olunur.

Xatırladaq ki, AVP 2-ci, 3-cü və 4-cü çağırışlarda iki millət vəkili ilə təmsil olunub.

F.Ağamalı növbəti dəfə də seçkilərə parlamentdə təmsilçisi olduğu dairədən-60 saylı Neftçala-Salyan dairəsindən qatılıb.

Onu da qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 60 saylı Salyan-Neftçala seçki dairəsindən Axundov Etibar Əkrəm oğlunun namizədliyini verib.

Etikxeber.az

 

 

Read Previous

Toy və yas mərasimlərinin keçirilməsinin yeni qaydaları-QÜVVƏYƏ MİNDİ…

Read Next

DJP sürücülərə və piyadalara-MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir