Daha bir qətl – Bu dəfə Tərtərdə

Tərtərdə qətl törədilib.

Etikxeber.az bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 33 yaşlı Səxavət Musayevin üzərində çoxsaylı kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti rayonun Şıxarx qəsəbəsi ərazisində tapılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olması müəyyən edilib. Hər üç şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Etikxeber.az

Read Previous

Vergilər Nazirliyi: Yayındırılan 54 milyon manatdan çox vəsait dövlət büdcəsinə ödənilib

Read Next

“Gənclərin maliyyə savadlılığının artırılması” layihəsi başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir