Daha bir Qazi ilə görüş, daha bir-QƏNİRƏ PAŞAYEVA ÖRNƏYİ… – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor, Millətinin Vəkili Qənirə Paşayeva bu gün daha bir İkinci Vətən Müharibəsi Qazisi ilə görüşdü.

Bu dəfə görüş İkinci Vətən Müharibəsinin elə ilk günündə, ilk saatlarında Suqovuşan istiqamətində çox ağır şəkildə yaralanan, bədəninin 54 faizi yanan, bir qulağı deşilən, 20 gün komada qalan, bir neçə dəfə əməliyyatdan keçən və hazırda Buzovnada Sanatoriya və Reabilitasiya Mərkəzində müalicə-müayinə olunan, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən (kəndindən) olan Qazi Müzəffər Maqsud oğlu Abbasovla baş tutdu.

Görüşdə həmçinin, Müzəffərin atası Maqsud Abbasov iştirak edirdi.

Qeyd edək ki, Qazimiz həm də İgid, Qəhrəman bir ailədən, nəsildəndir.

Belə ki, əmisi Birinci Qarabağ Savaşının Qəhrəmanlarından, məşhur Goranboy batalyonunun İgidlərindəndir.

Qazimiz özü də hərbçi, MAXE olub.

Həmçinin, ailəli, bir körpə, azyaşlı övlad atasıdır.

Sentyabrın 27-si günorta saatlarından da bu yana həyat, yaşamaq uğrunda mücadilə aparan, bir çox ağrı və acılara mərdliklə sinə gərən, həyat eşqi daim alovlanan Qazimiz İgidlyinə, Qəhrəmanlığına görə dövlətimiz, ölkə Prezidenti, Ali Baş Komandan tərəfindən iki medalla təltif olunub.

Qazimizin həm də səhhəti ilə bağlı Türkiyədə müalicəyə, yenidən əməliyyata ehtiyacı var...

***

Bu görüş də çox gözəl və səmimi bir şəraitdə, ortamda baş tutdu.

Millət vəkili Qazimizin səhhəti, əhvalı ilə maraqlandı, bildirdi ki, Azərbaycan xalqı hər zaman İgid, Qəhrəman Qaziləri, Şəhidləri ilə fəxr duyur, qürur hissi keçirir.

“İstər Şəhidlərimizə, istərsə Qazilərimizə bir ömür boyu minnətdar və borcluyuq. Hər biri bizim, xalqımızın fəxri, qürurudur. Hər birininin möhtəşəm Zəfərimizdə, düşmən üzərində tarixi Qələbəmizdə öz müstəsna yeri və xidmətləri var. Onlar bizim başımızın tacıdır və onlara diqqət, qayğı, həssas münasibət hər birimizin borcudur, vəzifəsidir. Bu Milli Məclis, bu bina da onların bir evidir, hər zaman da qapısı, qapımız üzlərinə açıqdır”-deyə, sözlərinə əlavə etdi.

Qazimiz də görüş üçün millət vəkilinə özü və ailəsi adından minnətdarlığını bildirdi, bir daha qısaca döyüş yolundan, yaralanmasından, səhhətinin mövcud durumundan və qayğılarından bəhs etdi.

Millət vəkili də öz növbəsində Qazimizin qayğılarının diqqətdə, nəzarətdə saxlanılacağını və zamam-zaman həllini tapacağını dedi.

Görüşün sonunda Qazimizə Mədəniyyət komitəsinin adından Məktub, eləcə də, hədiyyələr təqdim olundu, Qazimiz də bir daha öz təşəkkürlərini dilə gətirdi.

***

Daha bir görüş, daha bir diqqət, daha bir həssas münasibət…

Daha bir Millət Vəkili örnəyi, daha bir Qənirə Paşayeva nümunəsi…

Var olun, min yaşayın, dəyər millət vəkili, Millətinin Vəkili Qənirə xanım!

Allah Sizi, İgidlərimizi, Müzəffər kimi müzəffər Oğullarımızı, Azərbaycanımızı qorusun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 297 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

“İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir