Daha bir Şəhid ailəsində gözəl gün: ASTARALI ŞƏHİD ŞAHNUR HÜSEYNOVUN QARDAŞININ TOYUDUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-30 iyun 2024-cü il tarixində daha bir Şəhid ailəsində şad, özəl-gözəl gündür…

Daha bir Şəhid ocağında, daha bir Şəhid ailəsində toy-büsatdır…

Astaralı İkinci Vətən Müharibəsi Şəhidi, Kapitan Şahnur Şahin oğlu Hüseynovun tək və yeganə qardaşının-Şəhriyar Hüseynovun toy məclisidir…

Şəhriyar öz Yarı-Fəxriyyə xanımla ailə həyatı qurur…

Toy məclisi isə saat 18:00-da Astaranın ən gözəl şadlıq məkanlarından olan “Şahin”də baş tutur…

Öncə bəylə gəlin “Vağzalı” sədaları altında və alqışlarla zala daxil olurlar…

Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edlir, əzəmətli Dövlət himinimiz oxunur və səsləndirilir…

Daha sonra çıxışlar, təbriklər başlayır…

Bəylə gəlinin valideynləri, doğmaları, Şəhid Şahnurun ana atası belə bir gündə onların yanında olduqları üçün hər kəsə, xüsusilə, Astaralı, Lənkəranlı, Bakılı, Sumqayıtlı, Füzulili Şəhid ailələrinə minnətdarlıqlarını ifadə edirlər…

Çıxış edənlər də öz növbəsində yeni cütlüyə, təməli qoyulan yeni Azərbaycan ailəsinə, bəylə gəlinə bir ömür boyu xoşbəxtlik və bəxtəvərlik diləyir, səbəbkarların valideynlərinə gözaydınlığı verirlər…

Ardınca bir-birindən gözəl mahnılar, müsiqilər oxunur, səsləndirilir, rəqslər ifa edilir…

Tanınmış müğənni İsrail Məmmədovun ifası, oxuduğu mahnılar məclis iştirakçılarının qəlbini oxşayır…

…Və ən çox sevinən qardaşının toyu olan zalda ruhu dolaşan Şahnur, Şahnurun ruhu olur…

O da sevinən, şadlanan ruhu ilə qardaşına, yeni cütlüyə xoşbəxtlik, bəxtəvərlik arzulayır…

Ruhu daim ailəsinə, yeni ailə həyatı quran qardaşına, yeni cütlüyə kömək olsun!

Amin!

19:53

***

FOTOLAR:

21:53

***

22:53

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik oldu-NÖVBƏTİ QİYMƏT ARTIMI

Read Next

“Yalnız vasitəçilərin iştirakı ilə Rusiyayla danışıqlara başlaya bilərik”-UKRAYNA PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir