Daha bir Şəhid ailəsində gözəl gün-ŞƏHİD RƏŞİD HƏMİDOVUN BACISI AKSANA HƏMİDOVA İLƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ VETERANI RƏHİM NİFTƏLİYEVİN TOY MƏCLİSİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Cəmi saatlar öncə, 4 dekabr 2023-cü il tarixində, axşam saatlarında daha bir Şəhid ailəsində gözəl gün yaşandı…

Daha bir Nur üzlü Şəhidimizin-anası tərəfindən təkbaşına böyüdülmüş əslən Siyəzənli İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və subay oğlu Rəşid Həmidovun tək bacısı Aksana xanımın, Aksana Həmidovanın qız toyu, xınayaxdı məclisi keçirildi…

Gözəl toy-xınayaxdı məclisi Bakı şəhərinin “Təbrik” şadlıq sarayında baş tutdu…

Qonaqlar, məclisə dəvət olunanlar-qohum-əqərabalar, yaxınlar, tanışlar, Şəhid anaları, Şəhid ailələri, Qazilər, hər zaman Şəhid ailələrinin yanında olan dəyərli insanlar, o cümlədə məclisin səbəbkarları-bəylə gəlin, Şəhid bacısı Aksana xanımla, Aksana Həmidova ilə Yarı-əslən Şamaxılı İkinci Vətən Müharibəsi iştirakçısı və veteranı, bir neçə medallı Rəhim bəy, Rəhim Niftəliyev toy zalına daxil oldular…

Bəylə gəlin alqışlarla qarşılandılar…

Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət himni səsləndirildi…

Sonra çıxışlar edildi…

Çıxış edənlər səbəbkarlara, bəylə-gəlinə, yeni cütlüyə, onların valideynlərinə, xüsusilə, Şəhid anası Tənzilə xanıma gözaydınlığı verdilər, Aksana xanımla Rəhim bəyi təbrik etdilər, onlara bir ömür boyu xoşbəxtlik və bəxtəvərlik dilədilər…

Həmçinin, gözəl mahnılar səsləndirildi, gözəl rəqslər ifa edildi…

Tanınmış sənətkarlar-Əməkdar artistlər İkin Əhmədovla Firuzə İbadova, o cümlədən, digər ifaçılar bir-birindən gözəl ifaları ilə məclisinə gözəllik, rəng qatdılar, məclis iştirakçılarını şənləndirdilər…

Eyni zamanda, hər zaman Şəhid ailələrinin yanında olan tanınmış bəstəkar, sevilən sənətçi Ruslan Səfəroğlu ifa etdiyi iki mahnı ilə məclisi daha da gözəlləşdirdi, daha hərarətləndirdi…

Və təbii ki, ən çox sevinən, ən çox şadlan Şəhidimizin, Şəhid Rəşid Həmidovun ruhu oldu…

Ruhu hər daim köməyi olsun-bacısının, yeni gözəl cütlüyün!

Allah Şəhid bacısı Aksana Həmidova ilə İkinci Vətən Müharibəsi iştirakçısı olmuş Rəhim Nitəliyevi bir daha və bir daha xoşbəxt etsin!

Qoşa yarıyıb, qoşa qarısınlar!

Gözəl övlad, nəvə-nəticə sahibi olsunlar!

Amin!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdəli antiterror Şəhidi, ailənin üç övladından biri, subay, MAXE, bir neçə medallı və ordenli-MİRPAŞA MEHDİZADƏNİN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 24 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir