Daha bir Şəhid ailəsində toy-büsat, özəl-gözəl gündür-İSMAYILLI RAYONUNDAN OLAN ŞƏHİD-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI ELNUR SƏMƏDOVUN QARDAŞININ TOYUDUR…- FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün-2 dekabr 2023-cü il tarixi daha bir Şəhid ailəsinin şad, gözəl günüdür…

Daha bir Nur üzlü Şəhidimizin ailəsində şənlik, toy-büsat yaşanır…

2014 və 2016-cı il Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin iştirakçısı, 2022-ci il “Qisas” əməliyyatının Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı, bir neçə medal və iki ordenli, İsmayıllılı, ziyalı ailəsindən olan Elnur Sədaqət oğlu Səmədovun ali təhsilli qardaşı Seymurun, Seymur Səmədovun toyudur…

Seymur bəy bu gün öz Yarı ilə ailə həyatı qurur…

Toy məclisi isə saat 17:00-dan İsmayıllının ən gözəl şadlıq saraylarından olan “Aysu”da keçirilir…

Və qonaqlar, toya dəvət edilənlər-Səmədovlar ailəsinin qohumları, yaxınları, İsmayıllıdan olan Şəhid ailələri, Qazilər, hərbçilər, Xüsusi Təyinatlılar, ziyalılar bir-bir məclisə, toy zalına daxil olurlar…

Toy məclisində həmçinin, İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak edir…

Qonaqlar, məclis iştirakçıları Səmədovlar ailəsinə-Şəhid Elnur Səmədovun Qəhrəman valideynlərinə-Sənubər xanıma və Sədaqət kişiyə gözaydınlığı verirlər…

Sonra yeni cütlük, bəylə gəlin məclisə daxil olur alqış sədaları altında…

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, Dövlət himni səsləndirilir…

Daha sonra çıxışlar, təbriklər başlayır…

Bəylə gəlinin valideynləri hər kəsə onların dəvətini qəbul etdikləri üçün minnətdarlıqlarını, təşəkkürlərini ifadə edirlər…

Çıxış edənlər də öz növbəsində Səmədovlar ailəsini təbrik edir, yeni cütlüyə, bəylə gəlinə bir ömür boyu xoşbəxtlik və bəxtəvərlik diləyirlər…

Gözəl arzular, təbriklər bir-birinə qarışır, bir-birini əvəzləyir…

Gözəl bir gün yaşanır…

Peşəkar musiqiçilərin ifasında gözəl manhılar, musiqilər səsləndirilir, gözəl rəqslər ifa edilir…

Və ən çox sevinən, ən çox şadlanan qardaşına xoşbəxlik diləyən Şəhidimizin ruhu olur…

Ruhu şad, ailəsinə, ailə həyatı quran qardaşına kömək olsun!

Allah yeni cütlüyü, bəylə gəlini bir daha və bir daha xoşbəxt etsin!

Qoşa yarıyıb, qoşa qarısınlar!

Amin!

18:47

***

FOTOLAR:

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə-İŞTİRAK ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin üç övladından biri, evin tək oğlu-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZİYA NURMƏMMƏDOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir