Daha bir Şəhid ailəsində toydur-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI XƏYYAM ƏZİZOVUN QARDAŞI AİLƏ HƏYATI QURUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün daha bir Şəhid ailəsinin şad, əziz günüdür…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ailəsində toy-büsatdır…

Daha bir Şəhidimizin, Vətən sevdalımızın doğması-qardaşı ailə həyatı qurur, öz Yarı ilə yeni Azərbaycan ailəsinin təməllərini atır…

Bu gün ruhu ailəsinin, ailə həyatı quran cütlüyün başı üzərində dolaşan Əfsanəvi Xüsusi Təyinatlıl Xəyyam Əzizovun tək qardaşının-Rafailn toy-düyünüdür…

Neftçalalı İgidimizin, Qəhrəmanımızın, Vətən sevdalımızın-Xəyyam Əzizovun Qəhrəman ailəsinin sevincinə sevinc qatıldığı bir gündür…

Və hamıdan ən çox sevinən, şadlanan Onun ruhudur…

Özü cismən məclisdə, qardaşının toyunda, şad günündə iştirak etməsə də, mənən, ruhən buradadır, ailəsi, ailə həyatı quran cütlüklə bir yerdədir…

Qardaşına, onun Yarına xeyir-dua verir, xoşbəxtlik diləyir…

Məclis Neftçalanın “Xatimə” şadlıq sarayında keçirilir…

Toyda, məclisdə Şəhidin ailə üzvləri, doğmaları, yaxınları, o cümlədən Neftçala və digər bölgələrdən olan Şəhid ailələri, “Əfsanəvi tabor”un Şəhidlərinin ailələri, Qazilər, hərbçilər, ziyalılar, Neftçala rayonunun rəhbər və məsul şəxsləri, sənətçilər iştirak edirlər…

Və budur…bəylə-gəlin – Rafail və Arzu xanım alqış sədaları altında toy-məclis zalına daxil olurlar…

Şəhid ailəsinə, Xəyyam Əzizovun valideynlərinə – Aidə xanıma və Əli kişiyə ailə həyatı quran cütlüyün hər ikisinin doğmalarına göz aydınlığı verilir…

Və məclisdə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, sonra əzəmətli Dövlət himnimiz səsləndirilir…

Sonra Vətənə, Azərbaycana həsr olunmuş, eləcə də digər mahnılar, musiqilər səsləndirilir, rəqslər ifa edilir…

Həmçinin, çıxışlar olunur…

Çıxışlarda ailə həyatı quran gənc cütlüyə-Şəhid qardaşı və Yarına bir ömür boyu xoşbəxtlik, bəxtəvərlik, səadət arzulanır…

Məclisdə həm də zaman-zaman duyğulu, kövrən anlar yaşanır…

Və…yenə də ən çox sevinən, şadlanan Şəhidin-Xəyyamın ruhu olur…

Allah bir daha xoşbəxt etsin-ailə həyatı quran gənc cütlüyü, Şəhid qardaşı və Yarını!

Xoşbəxtlərin xoşbəxti, bəxtəvərlərin bəxtəvəri, baxtlı-taxtlı, gözəl övlad sahibləri olsunlar!

Şəhidin ruhu isə daim köməkləri olsun!

Amin!

18:19

***

FOTOLAR:

18:23

***

18:57

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistanın gələcəkdə təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir”-XİN

Read Next

“Vaqner” döyüşçüləri Moskvaya 200 kilometr qalmış geri qayıdıblar…”-PRİQOJİN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir