Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İndicə xəbər tutdum və gerçəkdən şok oldum…
Çox üzüldüm…
Daha bir Şəhid Anasını itirdik…
Daha bir Şəhid Anası bu fani dünyaya, bu acımasız həyata gözlərini yumdu, “əlvida” dedi…
Daha bir Şəhid Anası Haqqın Dərgahına, Şəhid balasına qovuşdu…
…4 ilə yaxındır onu tanıyırdım…
Çox sakit, çox mədəni, çox kübar, çox səmimi bir Ana, Xanım, əsl Şəhid Anası idi…
Mingəçevirli Şəhid Elçin balamızın, İkinci Vətən Müharibəsi Şəhidi Elçin Əliyevin Anası Ulduz Ana…
Bir dəfə belə olsun…onun şikayətləndiyini, giley-güzar etdiyini, kiminsə qəlbinə dəydiyini görmədim, eşitmədim…
Gücü yalnız göş yaşlarına çatırdı…
Həm də çox cavanıydı…Adamın heç ağlına gəlməzdi ki, bu yaşında və qəfil rəhmətə gedə…
Amma bala, övlad dərdi Onu da çokdürdü, cavan yaşında həyatdan apardı çox vaxtsız…
Çox təəssüf…
…Bu yaxınlarda Mingəçevirdə, Şəhidlər Xiyabanında olarkən Şəhid Anaları ilə balasının məzarı başında söhbət edirdi…
Yaxınlaşdım, salamlaşdım və balasının məzarını başında şəkillərini çəkdim…
Təşəkkür etdi…
Nə biləydim ki…
Çox üzgünəm…Çox heyf…
Allah özünün də, balasının da məkanını cənnətlik, ruhunu şad etsin!
Amin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri