Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub.
Etikxeber.az-ın xəbərinə görə, şəhid Səməd Alışov bu gün doğulduğu Qəbələ rayonunda dəfn edilib.
1999-cu il təvəllüdlü Alışov Səməd Anar oğlu rayonun Ziring kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Şəhid yaylım atəşi altında dəfn olunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.





