Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə şəhidin yaxınları məlumat verib.
Bildirilib ki, Neftçala rayonu, Dalğa kənd sakini, 2001-ci il təvəllüdlü əsgər İmanov Məmmədağa İqab oğlunun nəşinin aşkar edilməsi barədə onlara məlumat verilib.
Qeyd edək ki, Beyləqan rayonunda hərbi xidmətdə olan əsgər sonuncu dəfə 2020-ci ilin sentyarın 29-da ailəsi ilə əlaqə saxlayıb.
Bundan sonra isə ondan xəbər olmayıb.
Şəhid sabah Neftçala rayon qəbiristanlığında dəfn olunacaq (APA).
Etikxeber.az