İkinci Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.
Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.
Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.
Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
22:44, 6 may
***
Kapitan Ə. Rəhmətov Lerik rayonunun Anbu kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş zabitin nəşi doğulduğu Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, iştirak edib.
Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin atası Hüseynverdi Rəhmətova təqdim olunub.
Allah rəhmət etsin!
Etikxeber.az