Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.
Etikxeber.az-ın məlumatına görə, 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşən Tovuz rayon sakini Nağıyev Pərviz Güloğlan oğlunun meyiti aşkar olunub.
Tovuz Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhidin nəşi bu gün rayona gətiriləlrək dəfn ediləcək.
10:40
***
Şəhid Nağıyev Pərviz Güloğlan oğlu bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Etikxeber.az