Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir İkinci Vətən Müharibəsi Şəhidimiz var…
Bu, Qəhrəman Goranboyun Qarqucaq kəndindən olan kəşfiyyatçı Aslanov Rəşad Taryel oğludur.
Etikxeber.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən, düşmənlərə qan udduran Rəşadın son döyüşü Murov zirvəsinin alınması uğrunda olub və İkinci Vətən Müharibəsinin üçüncü günündən, sentyabrın 29-dan bu yana ondan heç bir xəbər alınmayıb.
Düz 89 gündən sonra Rəşaddan xəbər gəlib, onun Şəhidliyi təsdiqlənib.
Ümidlə yolunu gözlədiyi ailəsinə, övladlarına bu gün Rəşadın Şəhidliyinin təsdiqlənməsi xəbəri gəlib.
Şəhidimiz elə bu gün doğulduğu Qarqucaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Şəhidimizin üç körpəsi Vətənə əmanət qalıb.
Nur içində yatsın, Şəhidimiz!
Məqamı ucadır, bir daha Uca olsun!
Allah rəhmət etsin!
Etikxeber.az