Daha bir Şəhidimizin-RAMİL BABAYEVİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLACAQ – SABAH

Sabah, iyunun 15-ində Kürdəmirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından olan Ramil Taqət oğlu Babayevin adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Etikxeber.az-ın xəbərinə görə, açılış mərasimi saat 10:00-da Kürdəmirdə baş tutacaq.

Açılış mərasimində Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, Kürdəmir ziyalıları, rayon sakinləri, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəblilər, din xadimləri iştirak və çıxış edəcəklər.

Qeyd edək ki, 1991-ci ilin dekabrın, ilin 12-ci ayının 12-sində dünyaya gələn Ramil 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına məktəbi bitirib, sonra Hərbi Akademiyaya daxil olub və oranı bitirib.

Vətən sevdalısı Ramil 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istqamətində döyüşlərdə olub, böyük şücaətlər, igidliklər göstərib və sentyabrın 29-da Şəhadətinə qovuşub.

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub, Şəhidimizin nəşi 2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidimizin ozü də ailəli, iki övlad atası olub.

Aprel 2-sində 2 yaşını tamam edən körpə Mədinə və atasının dəfnindən 14 gün öncə dünyaya gələn və hələ də dünyadan, olanlardan bixəbər və atasının adını daşıyan balaca-oğul Ramil.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri…Ali təhsilli…Subay…29 yaşında, Şuşanın azad olunduğu gün Şuşada Şəhid olan İgidimiz-VÜSAL ZAKİR OĞLU TEYMUROV… – FOTOLAR

Read Next

Əkiz qardaşlardan biri…23 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi-ƏLİ AYDIN OĞLU TAĞIYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir