Xalq artisti Arif Quliyev 71 yaşında vəfat edib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə mərhum aktyorun oğlu Rövşən Quliyev məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti “Yeni Klinika”da müalicə olunurdu.
Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.
07:45
***
Xalq artisti Arif Quliyev dəfn olunub.
O, Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Xalq artistinin dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allah rəhmət etsin!
Etikxeber.az