“Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…”-MİLLƏT VƏKİLİNDƏN ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ VİTSE-PREZİDENTİN TARİXİ ŞUŞA SƏFƏRİ DƏYƏRLƏNDİRMƏSİ

Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…Müzəffər Ali Baş Komandanın daha bir Fəthi, daha bir Şuşa Fəthi…Daha bir Milli Qürur və İftixar hissi yaşadığımız gün…2021-ci ilin 15 noyabrı… Qalib Sərkərdə-Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın  Şuşaya tarixi  səfəri…8 noyabr 2020-ci ildən sonra nazlı dilbər Şuşamıza yenidən qovuşduğumuz, yenidən sahibləndiyimiz gün…Çox qürurverici hadisədir və  Azərbaycanın uğurlar siyahısına yazılan yeni bir Qələbəsidir.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib .

“Azərbaycan xalqının hər bir  nümayəndəsi tərəfindən Xilaskar, Qalib Sərkərdə adlandırılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qədəm qoyması və  oradakı çıxışları zamanı dünyaya  çatdırdığı mesajların hər biri Azərbaycan dövlətinin gücünü, qüvvətini bir daha ortaya qoyur. Torpaqlarımızın işğaldan azad edilməsi şanlı Ordumuzun gücü və xalqımızın səfərbərliyi hesabına baş tutdu.  Bu böyük  qələbənin arxasında qətiyyətli addımları və düzgün xarici siyasəti ilə bu nailiyyətlərə xalqının, Ordusunun imza atmasına səbəb olan ölkə Prezidenti Cənab İlham Əliyev durur”-deyən millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin Şuşa səfəri də elə kapitulyasiya bəyanatının imzalandığı ilk gündən işğaldan azad olunmuş torpaqlarımıza etdiyi digər səfərlər kimi tarixi səfər idi.

“Qarabağın gözü, mədəniyyət beşiyimiz, konservatoriyamız olan Şuşa şəhəri hər zaman strateji, siyasi, iqtisadi və mədəni  əhəmiyyətə malik  bir bölgəmiz kimi qiymətləndirilib. Ölkə Prezidentinin məhz Şuşaya səfəri həm siyasi , həm də mənəvi baxımdan  ikiqat  əhəmiyyət kəsb edir. Cənab Prezident oraya gedərkən illərdən bəri güllələnmiş,  öz yarandığı torpaqlara həsrət qalan can yadigarı şəhid abidələrimizi də özü ilə birgə apardı. Bu da  səfərə daha böyük mənalar kəsb etdirir’’-deyən millət vəkili əlavə edib ki , Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri bütün dünyaya Azərbaycan bu bölgədə var olduğu və bundan sonra da var olacağı mesajını verir.

“Həmçinin, Ali Baş Komandanın qeyd etdiyi kimi, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Əgər kimsə, kimlərsə də, Ermənistanda revanş haqqında düşünürsə, o, bizim “Dəmir Yumruğ”umuzu bir daha görəcək. “Dəmir Yumruq” onların başının üstündə yenə “Domokl qılınc” kimi asılacaq.

Bəli, bu “Dəmir Yumruq” onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.

Ali Baş Komandanın noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışının sonunda dediyi kimi, “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”-deyə, J. Əliyeva sonra bildirib.

Etikxeber.az

Read Previous

18 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat-FƏALİYYƏT GÖSTƏRMƏYƏCƏK

Read Next

Əliyevlə Ərdoğan nədən-DANIŞDILAR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir