Daha bir Şəhid ailəsində özəl gündür: BU GÜN KÜRDƏMİRLİ ŞƏHİD CƏMİL HƏŞİMLİNİN QARDAŞI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI MƏRAHİM HƏŞİMLİNİN TOY MƏRASİMİDİR…- FOTOLAR – YENİLƏNİB – (1)

Daha bir Şəhid ailəsində gözəl-özəl gündür…

Daha bir Şəhid ailəsində xeyir işdir…

Daha bir Şəhid qardaşı bu gün öz Yarı ilə dünya evinə daxil olur, ailə həyatı qurur…

Kürdəmirin Qəhrəmanlar ailəsindən olan, 3 qardaşdan biri-özü İkinci Vətən Müharibəsinin iştirakçısı, qardaşı isə İkinci Qarabağ Savaşının Şəhidi (Şəhid Cəmil Həşimli), ali təhsilli, peşəkar hərbçi Mərahim Həşimlinin bu gün toy mərasimi, toy məclisidir…

Uşaq yaşlarından anaları-cəfakeş, qayğıkeş Simuzər xanım, Simuzər Bağıyeva tərədindən təkbaşına, minbir çətinliklərlə, amma Vətənə, Dövlətə, Torpağa məhəbbət ruhunda böyüdülən Cəmil, Mərahim və Cavid Həşimli qardaşlarının hər üçü İkinci Vətən Müharibəsində Vətənin müdafiəsində, keşiyində dayanıblar…

Ürəyi Vətən, Qarabağı azad görmək eşqilə döyünən Cəmil Füzuli istiqamətində döyüşlərdə Şəhidlik məqamına ucalıb, həmin istiqamətlərdə döyüşən Mərahim zədələr, travmalar alıb, ali təhsilli Cavid isə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdən birində Vətənə xidmət borcunu yerinə yetirib…

Və bu gün Qəhrəman qardaşlar-Həşimlilər ailəsində gözəl bir gün gündür, Mərahim bəy ailə həyatı qurur…

Kürdəmirin gözəl şadlıq saraylarından birində-“Nicat Plaza”-da baş tutan toy məclisində Həşimlilər ailəsinin üzvləri, yaxınları, doğmaları, qız evindən olan qonaqlar, Kürdəmir ziyalıları, İcra başçısı Elxan İbrahimov başda olmaqla, rayon rəhbərliyinin məsul şəxsləri, Kürdəmir elitası, Mərahimin iş, döyüş, hərbçi yoldaşları, tanınmış müğənni Əvəzxan Xankişiyev və digərləri iştirak edirlər…

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, əzəmətli Dövlət himnimiz səsləndirilir…

Sonra məclidə çıxışlar edilir…

Və çıxışlarda məclis, mərasim iştirakçıları Şəhid ailəsinə, Şəhid anasına, Şəhid qardaşına gözaydınlğı verir, dünya evinə daxil olan gözəl cütlüyə bir ömür boyu xoşbəxtlik, bəxtəvərlik, səadət, övlad sahibi olmalarını arzulayırlar, diləyirlər…

Eyni zamanda, Şəhidin anası məclis, mərasim iştirakçılarına özünün və ailəsinin adından minnətdarlığını bildirir…

Məclisdə bir-birindən gözəl mahnılar, musiqilər, rəqslər ifa edilir, zaman-zaman kövrək, duyğulu anlar yaşanır…

Və ən çox Şəhid qardaşının-Qəhrəman, İgid, Vətən sevdalısı Cəmilin ruhu şad olur…

Ən çox sevinən Onun ölməz, daim ailəsinə kömək olan ruhu olur, ən çox sevinən Cəmilin ruhudur…

Ruhu daim ailəsinə, ailə həyatı quran qardaşına kömək olsun!

Allah bu gözəl cütlüyü daim xoşbəxt və bəxtəvər etsin!

Milyon kərə Amin!

17:59

***

FOTOLAR:

20:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan toponimlərinin siyahısı və xəritəsi Rusiya tərəfinə təqdim edilib-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

ABŞ qırıcıları Polşadakı-AVİABAZADA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir