Daha bir “Şəhid bulağı”-ƏZƏMİ HÜSEYNOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR

Dünən axşam saatlarında Mingəçevirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən olan Əzəmi Əli oğlu Hüseynovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Etikxeber.az-ın xəbərinə görə, dünən həm də Əzəmi Hüseynovun Şəhidliyinin 7-ci ayının tamamı idi.

Şəhidimizin adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimində ailə üzvləri, yaxınları, Mingəçevir ziyalıları, şəhər sakinləri, Şəhid ailələri, Qazilər və məktəblilər iştirak ediblər.

Açılışda Şəhidin ailə üzvləri, Şəhid ailələri, Mingəçevir ziyalıları, məktəblilər çıxış ediblər, bütün Şəhidlərə Allahdan rəhmət diləyiblər.

Açılış mərasimi təxminən iki saata yaxın davam edib.

Qeyd edək ki, Əzəmi Hüseynov 1992-ci ilin 29 avqust tarixində Mingəçevir şəhərində anadan olub.

 1999-2010-cu illərdə Mingəçevir 14 nömrəli tam orta məktəbdə təhsil alıb.

2010-2014-cü illərdə Mingəçevir Dövlət Universitetində oxuyub.

2014-2015-ci illərdə  Azərbaycan Ordusu sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub.

2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olub.

İkinci Vətən Müharibəsinin ilk anlarından da döyüşlərə atılıb, döyüşüb, vuruşub...Və oktyabrın 8-də  Suqovuşan istiqamətində döyüşlər zamanı Şəhid olub, Şəhidlik məqamına ucalıb.

Suqovuşan uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Şəhidimiz ölümündən sonra bir neçə medalla təltif olunub.

Şəhidimiz Mingəçevir Şəhidlər Xiyabanında uyuyur.

Nur içində uyusun, məkanı cənnətlik olsun, Allah ailəsinə, yaxınlarına səbr versin!

Və Mingəçevirdəki digər Şəhidlərimizin adını daşıyan “Şəhid bulaqları”

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Heydər Əliyev onların təkliflərini qəbul etmirdi…”-ELDAR İBRAHİMOV YAZIR – (BİRİNCİ HİSSƏ)

Read Next

Mehriban Əliyeva faşizm üzərində Qələbə münasibəti ilə veteranları-TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir