Daha bir şəhid verdik- MN qanlı təxribata görə Ermənistanı ittihamladı

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.

Etikxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Etikxeber.az

Read Previous

İsmayıllı ərazisində kütləvi müşahidə olunan həşaratlar hansı böcək növüdür və təhlükəlidirmi? – Nazirlikdən açıqlama

Read Next

İcbari təhsildən yayınan uşaqlar var- TƏHSİL NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir