Daha bir Şəhidimiz-GİZİR FƏRMAN YAQUBLU ŞƏHİD OLDU – MN VƏ XİN BƏYANAT YAYDI – DÖVLƏT SƏRHƏDDİNDƏ ATIŞMA DAVAM EDİR – YENİLƏNİB – (2)

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir! Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür” – deyə, MN-in məlumatında qeyd olunub.

17:30

***

“Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, bu ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

“Azərbaycan, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır. Allah Şəhidimizə rəhmət eləsin” – deyə, sonra bildirilib.

18:15

***

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.

MN-nin Mətbuat Xidmətindən  verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

***

23:15, 23 iyul

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

MN-dən verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

Etikxeber.az

Read Previous

Hələ də laqeydlik və biganəliklə qarşılaşan Birinci Qarabağ Savaşı iştirakçıları…2 il vuruşmuş, yaralanmış Habil Yusifovun-HAQQINI TANIYAN, BƏRPA EDƏN OLACAQMI?

Read Next

“Bilsinlər və yaddan çıxarmasınlar: Olan yenə özlərinə olacaq, bu dəfə forpostdan iz-toz belə qalmayacaq”-ELDƏNİZ SƏLİMOV – MİLLƏT VƏKİLLƏRİ SON GÜNLƏR SƏRHƏDDƏ VƏZİYYƏTİN GƏRGİNLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN CƏHDLƏRDƏN DANIŞDILAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir