Daha bir Şəhidimiz var-ANAR RÜSTƏM OĞLU KAZIMOV…

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

MN-in rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!

Allah rəhmət eləsin!

MN-in məlumatında qeyd olunub ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Etikxeber.az

Read Previous

Cəmi 18 yaşında canını Vətənə fəda edən-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 4 MEDALLI YUSİF YUSİFOV… – FOTOLAR

Read Next

Daha 512 yeni-YOLUXMA….

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir