Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şərti adı “B3” olan metro stansiyasının tikintisi başa çatdırılıb və hazırda tamamlanma işləri qalıb ki, bu işlər gələn ilin ortalarında aparılacaq.
Etikxeber.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə görə, bu stansiyadan sonra yeni olan “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən qəsəbəsində, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq:
“Bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb. Dördüncü, şərti adı “104” olan stansiyanın, və “Depo Xocahəsən”in tikintisi davam etdirilir. Bu sxem üzrə “Bənövşəyi xətt” Qaraçuxur qəsəbəsinədək çatdırılacaq”.
Etikxeber.az