Daha bir ticarət mərkəzində güclü-YANĞIN – YENİLƏNİB -(2)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Etikxeber.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

“EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün FHN-nin 3 helikopteri cəlb olunub.

Bu barədə də FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

“EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə FHN-nin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

***

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerində 6 nəfərə yerində yardım göstərilib.

Bu barədə mətbuata Səhiyyə Nazirliyindən bildirilib.

2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Etikxeber.az

Read Previous

Müəllimlərin hava-su kimi axtardıqları kurikulum vəsaiti çap olundu – FOTOLAR

Read Next

“Bəzi yerlərdə ekstremist qrupların xarici amildən dəstəkləndiyini görürük…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir