Daha bir YAP-çı deputat “xarici müdaxilə”dən danışdı – “MÜHACİR”LƏRİ KƏSKİN TƏNQİD ETDİ

Azərbaycanın çoxşaxəli inkişafı qaçıb xaricdə mühacir adının kölgəsində gizlənib dövlətimizə qarşı çirkin kampaniyalar aparan qaragüruhu dərindən narahat edir. Həmin bu qaragüruh mühacirlər merkantil maraqları ucbatından anti-Azərbaycan dairəyə daxil olan müxtəlif xarici kəşfiyyat orqanlarının, ermənipərəst qüvvələrin və digər bədniyyət  çevrələrin əlində alətə çevrilirlər. Zaman-zaman Azərbaycana qarşı təsir rıçaqları kimi istifadə edilən mühacirlərin sırf qrant üçün öz dövlətinə və dövlətçilik ənənələrinə ziyan vurmaq cəhdləri uğursuzluqla nəticələnib və bundan sonra da onların çirkin niyyətləri reallaşmayacaq.

Ona görə ki, Azərbaycan bu gün öz ayaqları üzərində müstəqil siyasət yürüdən qüdrətli dövlətdir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, xalqımız seçdiyi və sevdiyi Prezidentinin ətrafında yumruq kimi birləşib. Cənab Prezidentin həyata keçirdiyi siyasi xətt cəmiyyət  tərəfindən birmənalı şəkildə dəstəklənir.

Etikxeber.az xəbər verir ki, bunu YAP-çı deputat Hüseynbala Mirələmov deyib.

huseynnnnnn

O, qeyd edib ki, Azərbaycan xalqı həmişə zamanın sınaqlarından üzüağ çıxıb və bundan sonra da anti-Azərbaycan mövqe sərgiləyən bir ovuc qara qüvvənin dövlətimizə qarşı apardığı mənfur planları puça çıxaracaq.

“Xaricdən idarə olunan bu cür qüvvələrin müdaxilələri heç vaxt hədəfinə çatmayacaq.

Ətrafına yüzminlərlə vətəndaşımızı toplayan  Yeni Azərbaycan Partiyası  həmişə belə həssas məqamlarda lokomotiv qüvvə olduğunu nümayiş etdirərək cəmiyyəti  dövlətimizə qarşı qarayaxma kampaniyası aparanlara qarşı mübarizədə həmrəyliyə çağırır.

Çünki YAP-ın   Azərbaycanın milli dövlətçilik tarixində, cəmiyyət həyatında kəsb etdiyi mahiyyət bir partiyanın nəzəri təqdimatından çox-çox üstündür. Partiyamızın fəaliyyətinin ilk günlərindən dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəsin bu partiyada öz yerini görməsi, onun sıralarında, təəssübkeşliyində, Heydər Əliyev ideyaları ətrafında sıx birləşməsi də bir daha sübut edir ki, ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdləri heç vaxt münbit şərait tapmayacaq və hər zamankı kimi fiaskoya uğrayacaq.

Güclü  dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

QDİƏT PM-in komitə iclası başladı – FOTO

Read Next

Nazir prezidentlə təhlükəsizlik məsələlərindən danışdı, xorvat həmkarını Azərbaycana dəvət etdi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir