“Daha çox işlər görülə bilər…” – BMT-nin rezident əlaqələndiricisi

“Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verilib”.

Etikxeber.az məlumat verir ki,  bu sözləri BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai  Milli Məclisdə (MM)  “Avronest” PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iştirakı ilə keçirilən “Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı konfransda çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycanda milli qanunvericilikdə bütün növ bərabərlik təmin edilir:

“Azərbaycan həmçinin “Ayrı-seçkilikləri aradan qaldırılması” Konvensiyasına qoşulub. Lakin daha çox işlər görülə bilər. Qadınlara qarşı zorakılığın aradan qaldırılması və iş yerlərində gender bərabərsizliyinin aradan qaldırılması üçün böyük işlər görülməlidir. Qadınlar təhsilə çıxışda, iqtisadi qərarların verilməsində aktiv iştirak etməlidirlər”.

Etikxeber.az

Read Previous

“Elə bir dövlət sənədi yoxdur ki, o gender ekspertizasından keçməsin…” – KOMİTƏ SƏDRİ

Read Next

“Gələn il Azərbaycan qadınlarının seçmək, seçilmək hüquqlarının 100 illiyi qeyd ediləcək” – HİCRAN HÜSEYNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir