“Daha çox narahat olduğumuz məsələ inflyasiyadır”-MƏRKƏZİ BANKIN SƏDRİ

Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq.

Etikxeber.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

O, qeyri-neft ÜDM-də artımın isə 5,7%-ə çatacağını bildirib:

“Bizim daha çox narahat olduğumuz məsələ inflyasiyadır”.

T. Kazımov eyni zamanda deyib ki, aprel ayının illik inflyasiyası 12,8% təşkil edib.

Onun sözlərinə görə, burada əsas qiymətlərin artımıdır.

“Mərkəzi Bankın aprel ayının proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3% olacaq. Bizim yanvar proqnozlarımız 7,9% olmuşdu. Dürüstləşmə rəqəmləri nəzərdən keçirildikdən sonra proqnoz 0,4% artaraq 8,3% olub”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

58 müntəzəm marşrut xətti üzrə 203 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Read Next

“Növbəti üçtərəfli görüşün iyulda keçirilməsi barədə razılıq əldə olunub”-XARİCİ İŞLƏR NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir