Daha iki komitənin iclası keçiriləcək – SABAH VƏ GƏLƏN HƏFTƏ

Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin daha iki komitəsinin ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Aqrar siyasət Regional məsələlər komitəsidir.

Aqrar  siyasət komitəsinin iclası sabah, sentyabrın 20-də, Regional məsələlər komitəsinin iclası isə ayın 24-də baş tutacaq.

Hər iki iclasda əvvəlcə komitələrin 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə gördükləri işlərin hesabatı, sonra komitələrin payız sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə və təsdiq ediləcək.

eldar-bdu

arif-rehimzade2-960x603

Həmçinin, Aqrar siyasət komitəsinin iclasında Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən hazırlanmış “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi ətrafında ilkin fikir mübadiləsinin aparılması, onun qanunvericilik işləri planına daxil edilməsi gözlənilir.

Regional məsələlər komitəsinin iclasında isə qarşısan gələn bələdiyyə seçkiləri və bələdiyyələrin fəaliyyəti, onların səlahiyyətləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ən yaxşı qol”un müəllifi adına namizədlər – SİYAHI

Read Next

Prezidentin köməkçisi “Əsrin müqaviləsi”nin 25 illiyindən – YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir