Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) münasibətilə yubiley medal təsis edilib.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycanın milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında fərqlənən hərbi qulluqçular təltif ediləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
***
Diplomatların da medalı olacaq
Azərbaycanda daha bir yeni medal təsis edilir.
Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O, qeyd edib ki, bu medalı alacaq insanların əhatə dairəsi çox genişdir:
“Belə ki, “Diplomatik xidmətə verilən töhfəyə görə”medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xidmətlərinə görə təltif edilir. Medal döşün sol tərəfinə, digər orden və medallar olduqda onlardan sonra taxılır.Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir”.
Qanun layihəsi müzakirələrsiz qəbul olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az