Daha iki medalla təltif edilən “Vətən Müharibəsi Qəhrəmanı”, 3 medallı baş leytenant və ikinci medala layiq görülən-ŞƏHİD FARİZ QURBANOV…

3 Şəhid Milli Qəhrəmanı olan Goranboyun Qızılhacılı kəndinin (qəsəbəsinin) ilk və yeganə “Vətən Müharibəsi Qəhrəmanı”, mayor Saleh Valeh oğlu Həsənov bu gün yenidən təltif olunub.

Etikxeber.az-ın xəbərinə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən əvvəlcə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunan Şuşa fatehi Saleh Həsənov bu gün həm də “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görülüb.

Təbrik edir, növbəti uğurlar, növbəti zəfərlər arzulayırıq!

Həmçinin, İkinci Vətən Müharibəsində iştirak edən və qəhrəmanlıqlar göstərən daha bir neçə Qızılhacılılı medallarla təltif olunublar.

Suqovuşan uğrunda ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan və həlak olan 22 yaşlı MAXE Fariz Məhəmməd oğlu Qurbanov “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Fariz Qurbanov həm də “Vətən uğrunda” medalına layiq görülüb.

Eyni zamanda, cəmi 5 gün öncə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunan baş leytenant Araz Fazil oğlu Nazarov növbəti dəfə medallara layiq görülüb.

O, bu gün həm “Qubadlının azad olunmasına görə”, həm də “Laçının azad olunmasına görə” medalı ilə təltiflənib.

Şəhid Fariz Qurbanova Allahdan rəhmət, ailəsinə bir daha səbr diləyir, Araz Nazarova isə can sağlığı, uzun ömür və növbəti uğurlar, qələbələr arzulyayırıq!

Etikxeber.az

Read Previous

Hərbi qulluqçular Suqovuşanın, Qubadlının, Şuşanın, Ağdamın, Kəlbəcərin və Laçının azad olunmasına görə medalları ilə-TƏLTİF OLUNDULAR – SƏRƏNCAMLAR – YENİLƏNİB – (3)

Read Next

“2020-ci il: Zəfər və Qələbə ili”-JALƏ ƏLİYEVA İLİN YEKUNLARI HAQQINDA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir