Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il payız sessiyasında daha iki yeni qanun layihəsinin ilkin variantlarda və ən azı komitələr səviyyəsində müzakirələrə çıxarılması gözlənilir.
Etikxeber.az-ın xəbərinə görə, həmin qanun layihələri ilə bağlı parlamentin Səhiyyə komitəsi tərəfindən yaradılmış iki ayrı İşçi Qrupu fəaliyyət göstərir və onlar sözügedən sənədlər üzərində işləyirlər.
Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu haqda saytımıza açıqlamasında bunları bildirib:

“Həmin İşçi qruplarından biri “Pasiyentlərin və tibbi işçilərinin hüquqları haqqında” qanun layihəsi üzərində işləyir. Hesab edirik ki, çox vacib və önəmli qanun layihəsidir. Ona çox ciddi ehtiyac var.
Digər İşçi Qrupu da “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsi, daha doğrusu, onun gələn ildən tətbiqinə başlanılacaq icbari tibbi sığortanın şərtlərinə uyğunlaşdırılmasını nəzərdə tutan dəyişikliklər layihəsi üzərində işləyir.
Yəni, bu iki qanun layihəsi üzərində İşçi Qrupu səviyyəsində iş gedir. Payız sessiyası başlayanda komitənin ilk iclasında deputatlar-komitə üzvləri ayrı nələrisə təklif edərlərsə, təbii ki, onlara da baxıla bilər”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





