Daha iki Şəhid anasına-bu gün Anım Günü olan Bərdəli Şəhid Asif Abışovun anası İsbət Hətəmova və nəşi 63 gün sonra torpağa tapşrılan Mingəçevirli Telman Allahverənovun anası Rasimə Allahverənovaya-“VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün daha iki Şəhid anasına, iki Qəhrəman anaya “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Bərdə rayonunun Lək kəndinin İkinci Vətən Müharibəsi Şəhidi, bu gün Əbədiyyətə uğurlanmasının ikinci ili tamam, Anım Günü olan Asif Əlövsət oğlu Abışovun anası İsbət Hətəmovaya və Mingəçevirin İkinci Qarabağ Savaşı Şəhidlərindən biri, dekabrın 4-də Anım Günü olacaq Telman Fazil oğlu Allahverənovun anası Rasimə Allahverənovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin (İB) təsis etdiyi “Şəhid anası” medalı və vəsiqələri təqdim edilib.

Qeyd edək ki, adıçəkilən medal və vəsiqə iki ilə yaxındır Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdat Abduləlimovun anası Tünzalə Abduləlimovanın şəxsi vəsaiti və təşəbbüsü ilə Şəhid analarına mənəvi dəstək olaraq verilir.

Hər iki Şəhid anasına medal və vəsiqələri jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhid anaları da belə bir nəcib addıma və mənəvi dəstəyə görə “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Şəhid anası Tünazlə Abduləlimovaya öz təşəkkür və minnətdarlıqlarını buldiriblər.

Qeyd edək ki, Şəhid Asif Abışov ailənin 3 övladından, əkiz qardaşlardan biri, peşəkar hərbçi və subay olub.

İkinci Vətən Müharibəsi zamanı, noyabr ayının 2-də Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

O, həmin döyüşlərdə Şəhid olan 33 Qəhrəman Şəhiddən biridir.

Onun nəşi 16 gün sonra, noyabrın 18-də Lək kəndinin qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Əslən Qubadlılı, özü isə Mingəçevirli olan Telman Allahverənov də ailənin 3 övladından biri, evin tək və nişanlı oğlu olub.

İkinci Vətən Müharibəsində könüllü olaraq, səfərbərliyə cəlb olunaraq, iştirak edib.

Döyüş yolu 5 gün çəkib, oktyabrın 1-də Suqovuşan istiqamətində Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 63 gündən sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Məkanları cənnətlik, məqamları Uca olsun!

Nur içində yatsınlar!

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

16 noyabr Şəhidi: Əslən Ağdamlı, özü isə Mingəçevirli olan-AİLƏNİN TƏK OĞLU, 8 AYIN ƏSGƏRİ ELMİN ƏLİZADƏ – ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL ÖTDÜ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Erməni silahlıları Füzulinin Yuxarı Veysəlli yaşayış məntəqəsindəki mövqelərimizi atəşə tutub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir